Azərbaycanlı Rusiyanın Dağıstan Respublikasının Məhərrəmkənd gömrük məntəqəsindən qanunsuz tütün keçirmək istəyib. Skfo.ru-nun verdiyi xəbərə görə, Rusiyaya gedən “Mercedes-Benz” markalı avtomobildən 1500 qutu çeynənən tütün aşkar edilib. 45 kq-dan çox ağırlıqda olan tütün maşının baqaj hissəsindən tapılıb. Qeyri-qanuni gətirilən mallar müsadirə olunaraq ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.