İranla sərhəddə koronavirus profilaktikası: Keçid dayandırıldı. Astara Gömrük Postundan İrana keçid dayandırılıb. Cənub Ərazi Baş Gömrüİdarəsindən “Report”un Cənub bürosuna verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir. Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.