Sosial şəbəkələrdə maraqlı fotolar yayılıb. məlumatına görə, İran İslam Respublikasından hava yolu ilə gələn Azərbaycan vətəndaşları nəzarətə götürülüb. Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında əməkdaşlar İrandan gələn vətəndaşların bədən temperaturunu yoxlayır.  Qeyd edək ki, koronavirusun yayılması təhlükəsi səbəbindən Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsi bu gün bağlanıb.