Lənkəran rayonunda zəlzələ baş verib. “Report”un məlumatına görə, yeraltı təkanlar saat 20:05 radələrində qeydə alınıb. Zəlzələ 3-3,5 maqnitudada olub. İlkin məlumata görə, dağıntı və ya tələfat qeydə alınmayıb. Qeyd edək ki, səhər saatlarında Şamaxıda da zəlzələ qeyd olunmuşdu.