ABŞ Senatında bəraət qazandıqdan sonra prezident Donald Tramp impiçment prosesində ona qarşı çıxanları hədəf alıb və öz müttəfiqlərinə dəstəyi artırıb. Prezident adminisrasiyasına loyal insanları gətirməyə davam edərək, yenidən seçilmək üçün hakimiyyətini möhkəmləndirməyə çalışır. Donald Tramp Amerika tarixində ilk dəfə olaraq, zirehli prezident avtomobilində Deytona 500 yarışlarının keçirildiyi stadionda dövrə vurub. Amerika Sahibkarlar İnstitutunun təhlilçisi Matyu Kontinetti: “Tramp böyük jestlər, cəsarətli hərəkətləri xoşlayan bir şəxsdir və bu onun özəl vətəndaş olduğu vaxtdan ictimai həyatını xarakterizə edir”, o bildirib. Trampın bu addımlarına bu yaxınlarda onun siyasi müşaviri, təhqiqatçılara yalan söyləmək, Konqresin təhqiqatına mane olmaq və Rusiyanın 2016-cı ildə ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı şahidləri qorxutmaqda müqəssir bilinən Rocer Stounun həbs müddətinin azaldılması üçün federal prokurorlara təzyiq göstərməsi daxildir. ABŞ prezidenti Donald Tramp: “Onunla pis rəftar edilib, dörd nəfər ona 9 il həbs istəyib, yəqin ki, Müllerin adamları olublar, prokurorların kim olduğunu bilmirəm.” Prezidentlər hüquqi prosesə müdaxilə etdikləri haqda təsəvvürün yaranmaması üçün baxılan işlərlə bağlı açıqlama vermir. Lakin Tramp bu presedentlərə də əməl etmir. Tramp həmçinin ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlandı və Milli Təhlükəsizlik Şurasında Avropa şöbəsinin rəhbəri Aleksandr Vindmanı vəzifədən azad etməsi ilə öyünüb. Onların hər ikisi impiçment dinləmələrində prezidentin əleyhinə ifadə verib. Hart Tədqiqatlar Mərkəzinin təhlilçisi Ceffri Qarin: “Onun bəraət qazandıqdan sonra rəftarı adamların onun haqda ən pis qorxularını təsdiq etdi. Bu da onun prezidentə məxsus temperamentə malik olmamasıdır. İnsanlar rəftarı və davranışında qisasçı prezidenti görmək istəmirlər.” Prezidentin tərəfdarları bu tənqidləri rədd edir və bütün prezidentlərin onlara siyasi baxımdan loyal insanları mükafatlandırdığını deyir. Tramp vəzifədə üç il olduqdan sonra Obama dövründəki personalı işdən çıxarmaq və Ağ Evin Əlaqələr üzrə direktoru Hop Hiksi prezidentin müşaviri və keçmiş yardımçısı Con Makentini kadrlar şöbəsinə rəhbər gətirməklə şəxsi loyallığa yüksək qiymət verdiyini nümayiş etdirməyə davam edir. Amerika Sahibkarlar İnstitutunun təhliçisi Matyu Kontinetti: “O özünü etibar etdiyi insanlarla əhatə etmək istəyir və tanımadığı insanlar, ya da onun prezident olduğu gündən ona qarşı çıxdığını müşahidə etdiyimiz bürokratiyanın bir hissəsi olan insanlarla yaxın olmamağa çalışır.” Tramp həmçinin bəzi tərəfdarlarının onun stilinə görə ondan uzaqlaşmasına baxmayaraq, güclü iqtisadiyyatın onun yenidən seçilməsinə kömək edəcəyinə inanır. Hart Tədqiqatlar Mərkəzinin təhlilçisi Ceffri Qarin: “Prezident Trampın xarakteri ilə bağlı problemi Trampın özündən başqa heç kəs yaratmır. İnsanlar bunu hər gün görür. Biz sorğumuzdan bilirik ki, onunla bəzi məsələlərdə razılaşan, lakin onun özünü aparmasından xoşlanmayan xeyli sayda seçici var.” Seçkilərə 8 aydan çox vaxt qalmış Tramp artıq aktiv kampaniya aparır və bankda artıq 200 milyon dollarla hər həftə seçki tədbirləri keçirərək, maliyyə toplayır. (Amerikanın səsi)