Bakı Apelyasiya Məhkəməsində 29 saylı Səbail seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb. BakuPost-un məlumatına görə, keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Bəxtiyar Hacıyevin müraciəti təmin edilməyib və MSK-nın qərarı dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, MSK bir müddət əvvəl Bəxtiyar Hacıyevin şikayətinə baxıb. Şikayət əsasında 6 məntəqənin nəticəsi ləğv edilib. Qərarla razı olmayan Bəxtiyar Hacıyev məhkəməyə müraciət edib. Xatırladaq ki, 29 saylı Səbail Seçki Dairəsindən lider namizəd Nigar Arpadaraidir.​