Çinin Uhan şəhərindən koronavirus səbəbindən təxliyyə olunan ukraynalıları daşıyan təyyarə yerli sakinlərin etirazı səbəbindən ölkənin üç aeroportuna enə bilməyib. Bu barədə “Vzqlyad” xəbər yayıb. Təyyarə Xarkov əyaləti üzərində 35 dövrə vursa da eniş edə bilməyib. Hava gəmisi sonradan “Borispol” aeroportuna yollanıb. Qeyd edək ki, göyərtəsində 48 ukraynalı və 27 əcnəbi vətəndaşın olduğu təyyarə dünən axşam Uhandan çıxıb. İnsanların təlaşı ilə əlaqədar Ukrayna Səhiyyə Nazirliyi onların aparıldığı şəhərin adını gizli saxlayıb.