Türkiyənin​ ​ guya Liviyaya hərbi texnika​ göndərmək üçün istifadə etdiyi və fevralın 3-dən İtaliyanın Genoa limanında saxlandığı​ “Bana” gəmisinin kapitanı beynəlxalq silah qaçaqmalçılığı ittihamı ilə saxlanılıb.
Livan gəmisinin 55 yaşlı livanlı kapitanı Yusif Tartusi “şəxsiyyəti məlum olmayan türk əsgərləri ilə birlikdə” beynəlxalq silah ticarətinə aidiyyatı günahlandırmaqla həbsdə saxlanılır. Prokurorluq İtaliyanın ədliyyə Nazirliyinin icazəsi ilə araşdırma aparır.Mövcud məlumatlara görə, bana gəmisi Mersin limanını tərk etdikdən, Yunanıstanın Krit​ adasını keçəndən sonra onun coğrafi yerini göstərən sistemi söndürdürülüb.​ Gəminin aşağıdakı marşrutunu dəqiq müəyyən etmək üçün prokurorluq, ekipaj mobil telefonları da daxil olmaqla, gəmidə kompüter və texniki qurğuları araşdırır.Bana​ gəmisindən Türkiyədən Liviyaya silah və hərbi texnika göndərmək üçün istifadə edildiyini iddia ötən ayın sonunda Fransa mətbuatında ilk dəfə olaraq ortaya çıxdı. Fransa mətbuatı yazır ki, Türkiyənin Hərbi Dəniz Qüvvələri​ gəmini Tripoliyə qədər​ müşayiət etməsi​ Fransa ordusu tərəfindən aşkar edilib.