Almaniyanın Hessen əyalətinin Hanau şəhərində atışma baş verib. “Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, silahlı insident zamanı səkkiz nəfər qətlə yetirilib. Nəşrin məlumatına görə, daha 5 nəfər ağır yaralanıb. Bildirilib ki, silahlı insident şəhər ərazisində yerləşən iki qəlyanxanada baş verib.​