İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Musavat.com AzərTac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.Xatırladaq ki, dünən DTX Neftçala icra hakimiyyətinin binasında əməliyyat keçirərək, icra başçısı daxil olmaqla, bir qrup məmuru saxlayıb.​