Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək. “Report”un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton” İngiltərədə İspaniya “Espanyol”unu qəbul edəcək. 21 yaşlı hücumçu əsas komandada debüt etməsə də,​ Avropa Liqasının oyunları üçün iştirak ərizəsinə​ daxil edilib. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşehir” Portuqaliyada “Sportinq”in qonağı olacaq. İngiltərə klublarından “Arsenal” Yunanıstanda “Olimpiakos”la, “Mançester Yunayted” isə Belçikada “Brügge” ilə üz-üzə gələcək. İtaliya “İnter”i isə Bolqarıstanda “Lüdoqorets”lə qarşılaşacaq.

Avropa Liqası 1/16 final mərhələsi, ilk oyunlar:

  • 21:55. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Benfika” (Portuqaliya)
  • 21:55. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Zaltsburq” (Avstriya)
  • 21:55. “Lüdoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya)
  • 21:55. “Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)
  • 21:55. ÇFR (Rumıniya) – “Sevilya” (İspaniya)
  • 21:55. “Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya)
  • 21:55. “Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya)
  • 21:55. “Sportinq” (Portuqaliya) – “Başakşehir” (Türkiyə)
  • 24:00. “Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya)
  • 24:00. “Roma” (İtaliya) – “Gent” (Belçika)
  • 24:00. “Volfsburq” (Almaniya) – “Malmö” (İsveç)
  • 24:00. “Alkmaar” (Hollandiya) – LASK (Avstriya)
  • 24:00. “Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)
  • 24:00. APOEL (Kipr) – “Bazel” (İsveçrə)
  • 24:00. “Bayer” (Leverkuzen, Almaniya) – “Porto” (Portuqaliya)
  • 24:00. “Vulverhempton” (İngiltərə) – “Espanyol” (İspaniya)

Qeyd edək ki, cavab görüşləri fevralın 27-də olacaq.​