SSRİ Xalq artisti, Rusiya estradasının divası Alla Borisovna Puqaçova bir neçə plastik əməliyyat keçirib. 70 yaşlı sənətkar daha gənc görünmək üçün özünü təhlükəyə ataraq, üzündə bir neçə əməliyyat keçirib.

Yeni il öncəsi A.Puqaçova cavanlaşmaq üçün rusiyalı cərraha müraciət edib.

Film təqdimatlarının birinə qatılan A.Puqaçovanı jurnalistlər yaxından lentə alıblar. 

Yaşının üstünə yaş gələn sənətçi illərə meydan oxumaq və təravətli görünmək üçün üz nahiyəsində bir sıra estetik müdaxilələr etdirib. O, göz qapaqlarında “blefaroplastika” və çənəsində “kontur plastika”, “profileplastika” əməliyyatları keçirib.

Gözəlləşmək və cavanlaşmaq üçün cərrah masasına uzanan sənətkar həyatını sözün əsl mənasində riskə atıb. Belə ki, ürəyində ağır əməliyyat keçirmiş A.Puqaçovaya həkimlər narkozla əməliyyat olunmağı qadağan ediblər. Amma bütün qadağalara rəğmən, Xalq artisti həkimlərin verdiyi tövsiyələrə məhəl qoymayıb.