Türkiyə prezidenti, eyni zamanda hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Təyyib Ərdoğanın partiya toplantısı zamanı zalda « uşaqlarım acdır» deyə qışqıran vətəndaş həbs edilib.Həbs edilən şəxs vaxtilə FETO terror təşkilatı tərəfdarı kimi yanlışlıqla həbs edilmiş və qısa müddət ərzində günühsız olması səbəbilə azadlığa buraxılmışdı. İşinə bərpa haqqında məhkəmə qərarı olmasına baxmayaraq, illərdir işsiz qalan vətəndaş bu addımı atmaq məcburiyyətində qalmışdır.​Türkiyənin müxalif mətbuatı prezidentin heç nə olmamış kimi çıxışına davam etməsinı kəskin tənqid edib.​Neytral.info