Ukraynanın xarici siyasət idarəsinin saytında bildirilir ki, məktub hər üç ölkənin Xarici İşlər nazirliklərinin başçıları tərəfindən imzalanıb. Nazirlər yaxın yeddi il üçün büdcəni tərtib edərkən Ukrayna, Gürcüstan və Moldovanın Avropaya inteqrasiya prosesində həyata keçirdikləri və planlaşdırdıqları islahatların miqyası və ambisiyasını nəzərə almağı xahiş ediblər. Onlar gələcəkdə dövlətlərin ehtiyaclarına resursların artırılmasının vacibliyini də qeyd ediblər.