APA-nın məlumata görə, dünən axşam saatlarında şəhər sakini 1958-ci il təvəllüdlü Nəhmət Sərəng oğlu Məmmədov usta kimi çalışdığı evin hasarında qaynaq işi görərkən yüksəklikdən yıxılıb. N.Məmmədov kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, bu gün səhər saatlarında vəfat edib. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.