Fevralın 17-də Türkiyənin nümayəndə heyəti İdlib bölgəsindəki vəziyyət ilə bağlı Rusiyaya səfər edəcək. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlayıb. “Diplomatiya olmasa, lazım olan addımlar atılacaq. Rejim bizim ərazidəki hərbçilərimizi hədəfə alır. Buna imkan verməyimiz mümkün deyil”, – nazir bildirib.​