“Report”un məlumatına görə, hadisə rayonun Kələntərli kəndində baş verib. Kənd sakini İsgəndərov Elməddin İsgəndər oğlu gecə qaz sobasını yanılı qoyaraq yatıb. Nəticədə o, boğularaq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.