Bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.  Məlumata görə, 4.3 maqnitudalı yeraltı təkanlar yerli vaxtla saat 17:49-da qeydə alınıb.  Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.   Yeraltı təkanlar sahilə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.  /oxuaz/