Türkiyənin Elazığ və digər bir neçə şəhərində – Malatya, Diyarbakır, Adıyaman, Batman, Kahramanmaraş və Şanlıurfanı əhatə etmiş güclü zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb. Qeyd edək ki, dünən yerli vaxtla Elazığda 20:55-də 6.8 bal, 21:08-də isə 5.4 bal gücündə zəlzələ baş verib. Qardaş ölkə​ KİV-lərinin verdiyi​ məlumata görə, baş verən ardıcıl zəlzələlərdə 21 nəf.​ ər həlak olub, 1500-ə yaxın şəxs yaralanıb. Ölənlər arasında azərbaycanlı yoxdur.