Boliviya prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Janin Anyes, mayın 3-də keçiriləcək ölkə başçısı seçkilərində öz namizədini irəli sürəcək.

Xatırladaq ki, sabiq prezident Evo Morales Karlos Mesanın başçılıq etdiyi müxalifətin 20 oktyabrda kütləvi seçki pozuntularını elan etdikdən sonra ordunun təzyiqi ilə istefa edib və ölkədən gedib.

Onun ardınca Boliviyanın bütün yüksək rəhbərliyi istefa verib, hakimiyyət isə Senatın vitse-spikeri Janin Anyesə keçib. Hökümət yeni seçkilər elan edib.