Sosial şəbəkələrdə ən azı beş insanın ölümünə səbəb olan “Qloriya” tufanının fəsadlarının görüntüləri yayılıb.

“Daily Mail” xəbər verir ki, tufandan sonra Kosta-Brava sahilində yerləşən Tossa-de-Mar şəhərciyində qeyri-adi təbiət hadisəsi müşahidə edilib. Şəhər dolan dəniz köpüyü bəzi yerlərdə insanların hərəkətinə və evlərindən çıxmasına maneə törədib. /Oxu.az/