İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda “Xəzər nəqliyyat dəhlizləri qlobal dəyişikliklər fonunda” panel müzakirəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nın baş direktoru Taleh Ziyadov çıxış edib. QSC-dən AZƏRTAC-a bildirilib ki, Taleh Ziyadov Bakı Limanının “Şərq–Qərb” nəqliyyat dəhlizində (Orta dəhliz) mühüm yer tutduğunu deyib. Qeyd edilib ki, beynəlxalq logistika və nəqliyyat şirkətləri ilə əməkdaşlıq edərək Çinə və Mərkəzi Asiyaya daha çox yüklərin Venlo (Niderland) – İstanbul (Türkiyə) – Bakı Limanı (Azərbaycan) – Çin marşrutu ilə yollanması nəzərdə tutulub.