Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti​ ​ məlumatı təsdiqləyib. O qeyd edib ki, hadisə səhər saatlarında, paytaxtın Xətai rayonu Natiq Əliyev küçəsi-42 ünvanında qeydə alınıb. Belə ki, 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində kommunikasiya xətləri olan şitdə yanğın olub. Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları yanğını söndürüb, bir neçə şəxs təxliyyə edilib. Faktla bağlı araşıdrma aparılır.