Bakıda cins it oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə yanvarın 19-da gecə saatlarında, paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü L.Həsənova məxsus Binəqədi qəsəbəsində yerləşən evdən “Xaski” cinsli it oğurlanıb. Daha sonra L.Həsənov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 1991-ci il təvəllüdlü İ.Qaçayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.