Yaxın günlərdə Cenevrədə beş Liviya tərəfinin iştirakı ilə hərbi komitə toplanacaq. APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş Berlində Liviyaya dair beynəlxalq konfransdan sonra keçirilən mətbuat konfransında bildirib. “Nizamlanmanın ikinci pilləsi hərbi məsələlər komitəsidir. Berlindəki konfrans sayəsində Liviyadakı beş hərbiləşmiş tərəfin razılığını aldıq. İndi yaxın günlərdə Cenevrədə hərbi komitənin iclasını keçirə bilərik”, – Quterreş belə deyib. A.Quterreş Liviyadakı iqtisadi islahatlarla bağlı iclasın iki-üç həftə içində olacağını qeyd edib.