Bakı-Quba yolunda baş verən zəncirvari qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub. “Report”un Sumqayıt-Abşeron bürosunun məlunatına görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3-ü təcili tibbi yardım maşını olmaqla, 5 avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar – 1974-cü il təvəllüdlü Qaflanov Kazım Arif oğlu (həkim), 1969-cu il təvəllüdlü Ələkbərova Fəridə Nuru qızı (tibb bacısı), 1993-cü il təvəllüdlü Məzərli Vüsal Ağarza oğlu (sərnişin), 1987-ci il təvəllüdlü Tağıyeva Nuranə İnqilab qızı (tibb bacısı), 1986-cı il təvəllüdlü Seyfullayeva Leyla Qəməd qızı (tibb bacısı), 1973-cü il təvəllüdlü Aslanov Vüqar Fərman oğlu (təcili yardımın sürücüsü) və 1959-cu il təvəllüdlü Vəliyev Nazim Araz oğludur (həkim).