80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Çingiz Qənizadə seçiciləri ilə görüşdə onların etirazı ilə üzləşib.​ Oxu.Az​ xəbər verir ki, namizəd insanların qarşısında çıxış edərkən sakinlərdən bəziləri onun sözünü kəsərək sərt şəkildə etiraz ediblər.​ ​ Yaşadıqları rayondakı problemləri qabardan seçicilər Qənizadənin sərt və kobud reaksiyası ilə üzləşiblər.​ ​ Millət vəkilliyinə namizəd öz seçicisi ilə “söz güləşdirərək” fikrini müdafiə etməyə çalışsa da, Qarabağ müharibəsi veteranı olan seçicinin qətiyyəti sayəsində susmağa məcbur olub.​