İşin ən maraqlı tərəfi… bizimkilərin ​ də ermənilərə istinad etməsidir…

Xatırlayırsınısa, İngiltərədə​ ​ baş naziri Boris Conson seçilir —​ seçilməz erməni mətbuatı onun ana babasının erməni olması haqqında informasiyalar yaymağa başladı. Qısa müddət ərzində yalnız​ ermənilərə​ elektron nəşrlərində bu haqda yüzlərcə dezinformasiya xarakterli məlumat verildi. Bu mövzuda ən canfəşanlıq edən bədnam qonşularımızın xaricdə, xüsusilə Rusiya və Qərbdə fəaliyyət göstərən media resursları idi. Bu o elə bir tempdə​ ​ davam etdi ki, baş nazirin özü bu haqda açıqlama verməyə məcbur oldu. Boris Conson etiraf etdi ki, o, Osmanlı imperiyasının son daxili işlər naziri Əli Kamalın nəvəsi Stenli Consonun oğludur. Və əlavə etdi ki, türk genlərimlə qürur duyuram.​ Bununla da erməni mətbuatı bu mövzuda birdəfəlik susdu, çünki gülünc bir duruma düşməkdən qorxdular. Belə çıxırdı ki, qondarma erməni soyqırımı zamanı daxili işlər naziri…​ erməni imiş. Saytlar tələm —​ tələsik bu mövzuda gedən yazıları təmizləməyə başladılar. lakin bu haqda o qədər yalan​ məlumatlar gedib ki, bu gün də oxşar mövzuda axtarış versəniz , bəzi şeylər tapa bilərsiniz. Hazırda yuxarıda bəhs etdiyimiz erməni KİV —​ lərində​ Rusiyanın yeni baş naziri Vladimir Mişustinin ​ anasının erməni olması haqqında informasiyalar baş alıb getməkdədir. Əlsən Arxangelsk vilayətinin Kotlas şəhərindən olan qadının​ qarabuğdayı və adının Luiza olması​ olması hələ onun erməni olması demək deyildir. Luiza məlum olduğu kimi , beynəlxalq bir addı və istənilən Avropa və Amerika ölkəsində bu adda minlərlə insan var.Əlbəttə, etimallara görə​ bu mümkündür və doğrudan da o qadının erməni kökləri olar və bu iddia təsdiqini tapa bilər.​Qəribəlik ondadır ki, bu haqda yalnız​ iki ölkənin Ermənistan və…​ Azərbaycanın mətbuatı yazır, özü də bizimkilər erməni mənbələrə istinad edərək yazır. Rus mətbuatında gedən yazıların yalnız birində baş nazirinin atasının yəhudi əslilli olma etimalı istisna edilmir. Lakin hələlik heç bir rəsmi və qeyri —​ rəsmi rus nəşri ​ yeni baş nazirin anasının erməni olması haqqında heç nə yazmayıb. ​ Erməni və bizim nəşrlərdən fərqli olaraq… /​Neytral.info/