İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqorla ikiqat UFC çempionu, amerikalı Donald Serron arasında döyüş baş tutub.​ Titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçirilib. Görüş 40-cı saniyədə Donald Serronun nokautu ilə başa çatıb.​Qeyd edək ki, 31 yaşlı Konor Makqreqor yarım-yüngül və yüngül çəki üzrə çempiondu. Bütün karyerası boyu 26 döyüş keçirib, onun 22-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.