Məlumatına görə, bunu MSK sədrinin müavini Rövzət Qasımov Seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib. Onun sözlərinə görə, bu, heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır. “Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb”, – deyə o əlavə edib. O bildirib ki, MSK-nın qərarı nəticəsində şikayət edən yeddi nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.