“Deutsche Bank”ın mütəxəssisləri “Mapping the World’s Prices” illik hesabatı çərçivəsində  2019-cu ildə ev kirayəsi ən bahalı olan şəhərlərin reytinqini tərtib edib. Tədqiqatda dünyanın 56 şəhəri iştirak edib. Analitiklər reytinqi hazırlayan zaman hər ölkədə iki yataq otağı olan mənzillərin orta aylıq qiymətini nəzərə alıblar.

10. Tokio, Yaponiya

Aylıq kirayə: $1 903 İl ərzində dəyişiklik: 9%

9. Sidney, Avstraliya

Aylıq kirayə: $1 969 İl ərzində dəyişiklik: -4%

8. Dublin, İrlandiya

Aylıq kirayə: $2 018 İl ərzində dəyişiklik: -1%

7. Boston, ABŞ

Aylıq kirayə: $2 201 İl ərzində dəyişiklik: 2%

6. London, Böyük Britaniya

Aylıq kirayə: $2 338 İl ərzində dəyişiklik: -3%

5. Paris, Fransa

Aylıq kirayə: $2 455 İl ərzində dəyişiklik: -1%

4. Sürix, İsveçrə

Aylıq kirayə: $2 538 İl ərzində dəyişiklik: 9%

3. Nyu-York, ABŞ

Aylıq kirayə: $2 909 İl ərzində dəyişiklik: 2%

2. San- Fransisko, ABŞ

Aylıq kirayə: $3 631 İl ərzində dəyişiklik: -1%

1. Honkonq

Aylıq kirayə: $3 685 İl ərzində dəyişiklik: -1%