Sabunçu Rayon Məhkəməsində sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərovun və digərlərinin məhkəməsi başlayıb; əsas müttəhim “prosesin şəffaf keçirilməsini istəyirik, qoy bütün ictimaiyyət hər şeyi bilsin” deyir​.

Sabunçu Rayon Məhkəməsində Gəncənin icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunan Yunis Səfərovun və digərlərinin – Mahir Əzizov, Hamlet Abdullayev, Akif Əliyev, Cəfər Zalov, Rasim Mustafayev, Ceyhun Qurbanov, Firudin Zeynalov, Vüqar Məmmədov və Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.​Musavat.com-un xəbərinə görə, prosesə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyev sədrlik edib.​Prosesdə Y.Səfərovun müdafiəsinə vəkil Bəxtiyar Hacıyev qoşulub.​Təqsirləndirilən şəxslər və müdafiəçiləri məhkəmənin şəffaf, obyektiv araşdırılması üçün video və audioyazıların aparılmasına icazə verilməsi ilə bağlı vəsatət veriblər. Lakin vəsatət təmin edilməyib.​Y.Səfərov buna etirazını bildirib: “30 il ərzində Azərbaycanda ikinci belə bir fövqəladə hadisə baş verməyib ki, kimisə heç bir səbəb olmadan vurasan. Ona görə prosesin şəffaf keçirilməsini istəyirik. Qoy bütün ictimaiyyət hər şeyi bilsin”.​Y.Səfərov həbs olunduğu gündən etibarən telefon danışıqlarına və yaxınları ilə görüşə məhdidiyyət qoyulduğunj bildirib: “1 il 5 aydır ki, telefon danışıqlarına və görüşlərə məhdudiyyət qoyulub. Mən mühakimə olunuram. Müdafiəmi qura bilmirəm. Əvvəl hüquqlarımı təmin edin, sonra mühakimə edin”.​Daha sonra təqsirlındirilən şəxslər və müdafiəçiləri məhkəmə tərkibinə etiraz ediblər.​​

​Məhkəmə prosesi fevralın 17-də davam edəcək.​Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, məhkəmə önündə 10 nəfər dayanıb. İki nəfər – Ağa Sərxani və Anar Bağırov tutularkən öldürülüb. Həbs edilənlərə qarşı 30-dan artıq maddə ilə ittiham irəli sürülüb.​”Yeni Müsavat” bildirir ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə bir neçə məhkəmə prosesi artıq yekunlaşıb.​Yunis Səfərov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkənin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərində ittiham olunur.