Qara dəniz və Xəzər dənizini su yolu ilə birləşdirən “Avrasiya” kanalının inşası ümidverici layihə ola bilər”. ​Qaynarinfo​ xarici mətbuata istinadən xəbər verir ki, bunu Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Soçidə Avrasiya İqtisadi Birliyinin sammitində çıxışı zamanı deyib. O, tərəflərə bu məsələ barədə düşünməyi tövsiyə edib.​Nazarbayev həmçinin Rusiya və Qazaxıstan üzərindən Avropanı Asiyaya bağlayan yüksək sürətli avtomobil yolunun inşasının araşdırılmasını da təklif edib.​