İranın Ali Dini rəhbəri Seyid Əli Xamenei Tehranda cümə namazından sonra etdiyi çıxışda bildirib ki, İran İslam Respublikası ABŞ-ın İraqda yerləşən hərbi bazalarına zərbə endirməklə onların təkəbbürünə “şillə vurub”. “RİA Novosti” agentliyi xəbər verir ki, İranın birinci şəxsi çıxışının davamında SEPAH-ın ABŞ-ın təkəbbürünə zərbə vurduğu günü – Allahın xoş günü kimi dəyərləndirib. Qeyd edək ki, İranın Ali Dini rəhbəri ayətullah Seyid Əli Xamenei səkkiz illik fasilədən sonra ilk dəfə Tehrandakı “Musallah” məscidində cümə namazı qılıb və çıxış edib.