Bu barədə “RİA Novosti” məlumat yayıb. Prezidentin Fərmanında deyilir: “Rusiya Federasiyasının Konstitusiyasının 83-cü maddəsinin “v” bəndinə və 117-ci maddənin ikinci hissəsinə uyğun olaraq qərar verirəm: Rusiya Federasiyası Hökumətinin istefası elan edilsin”. Sənəd imzalandığı gündən – 15 yanvar 2020-ci il tarixindən qüvvəyə minir. Müvəqqəti olaraq Baş Nazir vəzifəsinin icrası Dmitri Medvedevə tapşırılıb.