“Neftçi” Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Komandamız “Əmirhan Sports Complex Side”ın stadionunda Polşa çempionatında sonuncu yerdə olan LKS klubuna 0:4 hesabı ilə darmadağın olub.

“Neftçi”nin bu oyunda heyəti belə olub: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 11. Vanqelis Platellas, 15. Saman Nərimancahan, 26. Ömər Buludov, 27. Nabi Silla, 36. Mamadu Kane, 77. Donald Qerye. Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə, 40. Vüqar Həsənov, 55. İbrahim Əliyev, 56. Elton Əlibəyli, 74. Nazim Bağırov, 75. Nihad Qurbanlı, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar.

Qeyd edək ki, qardaş ölkədə daha iki sınaq matçı keçirməyi planlaşdıran komandamız yanvarın 20-si Ukraynanın “Dinamo” (Kiyev), 24-ü isə “Desna” klubları ilə üz-üzə gələcək