Futbol üzrə Azərbaycan U-21 yığmasının müdafiəçisi Hüseyn Seyliğli karyerasını Avstriyada davam etdirə bilər. Azerisport.com saytı məlumat verir ki, futbolçu Türkiyənin 2-ci Liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi”ndən Avstriyanın “Austria Klaqenfurt” klubuna transfer oluna bilər. Qeyd edək ki, “Austria Klaqenfurt” klubunda U-21 millimizin digər futbolçusu Barış Əkinçiər də çıxış edir. Xatırladaq ki, Hüseyn Seyliğlinin Azərbaycan klublarında çıxış etməsi təklif edilsə də heç bir klub onun xidmətindən yararlanmaq istəməyib.