Ukrayna təyyarəsinin vurulma anını lentə alan şəxs həbs edilib. Bakıpost.az-ın xəbərinə görə,​ ​ İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukraynaya məxsus “Boinq” sərnişin təyyarəsinə raket zərbəsi endirildiyi anın görüntüsü olduğu ehtimal edilən videonu çəkib yayan şəxsi saxlayıb. “Fars” agentliyinin məlumatına görə, saxlanılan şəxslə bağlı araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkətinə məxsus “Boinq-737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan az sonra vurulub. Təyyarədəki 176 nəfərin hamısı ölüb.