“Vesti”nin məlumatına görə, bu barədə RF dövlət başçısı Vladimir Putin Federal Yığıncağa müraciətində bəyan edib. Onun sözlərinə görə, ali dövlət vəzifəsinin namizədi Rusiyada azı 25 il yaşamalıdır, həmçinin, xarici vətəndaşlığı və ya başqa ölkələrdə yaşama icazəsi olmamalıdır.

Bu tələb Baş nazir, nazir və qubernatorlara da aiddir. Onların xarici vətəndaşlığı, başqa ölkələrdə yaşama icazəsi və ya digər dövlətin ərazisində daimi qalmağa icazə verən digər sənədləri olmamalıdır. Eyni tələb Rusiyada region rəhbərlərinə, Federal Şuranın üzvlərinə, Duma deputatlarına, həmçinin, Baş nazirə, nazir müavinlərinə, federal nazirlərə, digər federal orqanları rəhbərlərinə və hakimlərə qarşı da irəli sürüləcək.