2019-cu ildə Almaniyanın dövlət büdcəsinin gəlirləri 357,1 milyard avro, xərcləri isə 343,6 milyard avro təşkil edib. Son nəticədə büdcədə rekord məbləğdə – 13,5 milyard avro qalıq yaranıb. Bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilir. Məlumata görə, bununla da, büdcənin qalıq vəsaitlərinin ümumi məbləği 48 milyard avroya çatıb ki, bunun da 17,5 milyard avroluq hissəsinin necə xərclənəcəyi hələ planlaşdırılmayıb. “İndi Almaniyada daha çox investisiya qoymaq imkanımız var. İnfrastruktur, təhsil, səhiyyə, iqlim dəyişikliyi qarşı mübarizə və ölkənin bütün bölgələrinə bərabər səviyyədə investisiya yatırmaq barədə müzakirələr aparılır”, – deyə maliyyə naziri Olaf Şholz bildirib.