Xəzər dənizində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ​ verilən məlumata görə,​ yeraltı təkan yanvarın 13-ü​ yerli vaxtla​ saat 23:18-də​ qeydə alınıb. Dərinliyi 43 km, maqnitudası​ 3.0 olan​ zəlzələ hiss olunmayıb.