Türkiyənin Mersin şəhərində dövlət xəstəxanasında partlayış baş verib. Sondakika.com-un xəbərinə görə, Tarsus rayonunda baş verən partlayış zamanı insanlar xəsarət alıb. Xəstəxananın isitmə-soyutma sistemində səsəbi bilinməyən partlayış zamanı beş nəfər yaralanıb. Onlardan Hakkı Gökbük, Ömər İldırım, Bülənt Çamlı, Mehmet Sümər xəstəxanaya yerləşdirilib. Xəstələrdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.