Rusiya ordusunun atdığı “İsgəndər-M” ballistik raketi Qazaxıstanın Aqtöbe şəhərinə düşüb.​ Qazaxıstanın Müdafiə Nazirliyinin məlumatına görə, raketin düşdüyü ərazi mühasirəyə alınıb. Ölü və yaralılar yoxdur. Rusiya Müdafiə Nazirliyi bunu hərbi təlim çərçivəsində atdığını bəyan edib. Raket Sverdlovsk vilayətindən 600 km aralıda yerləşən​ ​ Qazaxstanın​ Sarı Şaqan poliqonuna​ ​ atılıb.