“Barselona”da baş məşqçisi dəyişikliyi rəsmiləşib. Qol.az klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi baş məşqçisi Ernesto Valverde ilə yolları ayırıb. Bu vəzifəyə Kike Setyen təyin edilib. Onunla bu mövsümün sonuna qədər müqavilə imzalanıb. Qeyd edək ki, Setyenin son iş yeri “Betis” olub. O, daha əvvəl “Rasinq”, “Las Palmas” kimi klubları, Ekvatorial Qvineya millisini də çalışdırıb. Xatırladaq ki, “Barselona” İspaniya superkubokunun yarımfinalda “Atletiko”ya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Bundan sonra baş məşqçi Ernesto Valverdenin istefaya göndəriləcəyi haqda xəbərlər artmışdı.