ABŞ üçün əsas təhlükə Çin və Rusiyadır. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn “Axios” portalına müsahibəsində bəyan edib.​

“Milli müdafiə strategiyasına uyğun olaraq Amerikaya qarşı ən böyük iki təhlükə özünə bərabər rəqiblər – Çin və Rusiyadan gəlir”, – deyə Obrayn bildirib. Obrayn öz nəticəsini Çinin siyasi sistemi, əhalisi, qlobal ambisiyaları, həmçinin dünya ticarəti və iqtisadiyyatına hakim olmaq hədəfi ilə əsaslandırıb. Onun sözlərinə görə, Çin çox ciddi qəbul edilməlidir.​ “Çin də daxil olmaqla, heç kimin hərbi baxımdan bizə etiraza cəsarət etməməsi üçün kifayət qədər güclü olmalıyıq”, – deyə müşavir vurğulayıb.​