İspaniya Super Kubokunda final oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, həlledici qarşılaşmada Madrıd təmsilçilər – “Real” və “Atletiko” üz-üzə gəlib.​​Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda təşkil olunmuş matçın əsas və əlavə vaxtında qol vurulmayıb.​​Qarşılammaın 115-ci dəqiqəsində Federiko Valverde birbaşa qırmızı vərəqə alaraq, “Real”ı azlıqda qoyub. Bununla belə, “Kral Klubu” penaltilər seriyasında daha dəqiq olaraq, qalib gəlib – 4:1. Beləliklə, “Real” tarixində 11-ci dəfə İspaniya Super Kubokuna yiyələnib.​Qeyd edək ki, “Real”a Super Kuboka qatılmaq üçün 7 milyon avro, “Atletiko”ya 4 milyon avro ödənilib. “Kral Klubu” qələbə qarşılığında daha 3 milyon avroya sahib çıxıb. Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv isə finalçı kimi daha 2 milyon avroya yiyələnib.