Türkiyəli müğənni Haluk Levent onu sevən 15 yaşlı yataq xəstəsinin arzusunu reallaşdırıb.

Sondakika.com xəbər verir ki, müğənni Bursada yaşayan, üç ildir yataq xəstəsi olan Gökdenizin yanına gedərək ona süpriz edib. . İfaçı xüsusi aparata bağlı olan Gökdeniz üçün evdə mini konsert verib. Gökdeniz bir müddət öncə Haluk Leventi çox sevdiyini və onu görmək istəyini bildirmişdi.