Ukraynanın baş naziri Aleksey Qonçaruk bəyan edib ki, hökumət İranda təyyarə qəzasında ölən ukraynalıların ailələrinə 8,3 min dollar ödəyəcək.

“Report” xəbər verir ki, bu barədə Baş nazir özünün “Facebook” səhifəsində yazıb. O əlavə edib ki, “Ukrayna Beynəlxalq Hava Yolları” faciədə ölən ekipaj üzvlərinin ailələrinə pul ödəyəcək. “Nəzarət edəcəyik ki, hər bir həlak olanın ailəsinə Montreal Konvensiyasında nəzərdə tutulmuş sığorta ödənişi verilsin”. Bundan əlavə, Baş nazir hökumətin ədalətin bərpası üçün təyyarə qəzasında ölənlərin ailələrinə məhkəmə iddiaları, digər şikayət və ifadələrinin hazırlanmasında hüquqi dəstək verməyə hazır olduğunu söyləyib. O qeyd edib ki, ukraynalı diplomatlar İran tərəfdən kompensasiya verilməsi məsələsi üzərində də işləyir