İranın paytaxtı Tehranda yüzlərlə tələbə hakimiyyətin səhvən Ukrayna təyyarəsini vurduğunu etiraf etməsindən sonra İranın ali dini lideri Ayətullah Əli Xameneyinin istefasını tələb edirlər. İran hüquq-mühafizə orqanlarının xüsusi qüvvələri etirazçıların olduğu əraziyə göndərilib, onlar nümayişçiləri dağıtmağa başlayıb.