ABŞ vətəndaşlarının yarıdan çoxu Donald Trampın İrana münasibətdəki siyasətini bəyənmir.
ABC News xəbər verir ki, bu nəticəyə “Ipsos” şirkətinin keçirdiyi sorğu gəlib.
Belə ki, sorğuya görə, ABŞ vətəndaşlarının 56 faizi Trampı dəstəkləmir, 43 faiz əhali isə onun siyasəti ilə razıdır. Bundan başqa, amerikalıları ABŞ-ın general Süleymaninin ölümü ilə nəticələnən raket hücumu ilə bağlı da sorğu-sual ediblər. Sorğuda iştirak edənlərin 52 faizi əmindir ki, bu əməliyyat ABŞ-ın təhlükəsizliyini sual altına qoyub. 25 faiz sorğu iştirakçısı hesab edir ki, ABŞ əvvəlki vaxtlara nisbətdə daha çox təhlükə qarşısındadır. Sorğu iştirakçılarının 22 faizi heç bir təhlükə görmür. Sorğu onu da göstərib ki, respublikaçıların 87 faizi Trampın İran siyasətini bəyənir. Demokratların 90 faizi isə əksinə, neqativ fikirdədirlər.
Sorğu 10-11 yanvar tarixlərində yaşı 18-dən yuxarı olan 525 ABŞ vətəndaşı arasında keçirilib.